`Azərbaycan Dəmir Yolları` iş rejimini dəyişib
14:12 18 İyul 2016
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kollektivləri yay mövsümü ilə bağlı əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər.
Femida.az bildirir kİ. bu barədə Trend-ə"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, istidən öz-özünə alovlanma baş verməsin deyə, yollar otlardan təmizlənir.
Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının soyuducu sistemi bir daha yoxlanılır, eyni zamanda vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.
Oxunub: 846
Oxşar xəbərlər
- `Azərbaycan ordusu silahları yeniləyib` - General mesaj verdi
- `Azərbaycan əhəmiyyətli bir tranzit mərkəzə çevrilir` - Sekuta
- `Azərbaycan Rusiya ilə tərəfdaşlığı genişləndirir` - İlham Əliyev
- `Azərbaycan-İran sərhədində heç bir problem yoxdur` - DSX rəisi
- `Azərbaycanla bağlı heç bir şübhəmiz yoxdur` - Lavrov
- `Azərbaycanda kişilərin yarısı siqaret çəkir` - Hadi Rəcəbli
- `Azərbaycan İranın yaxşı qonşusudur` - Zərif
- `Azərbaycan və Pakistanın daim yanındayıq` - Çavuşoğlu
- `Azərbaycan Qazaxıstan üçün strateji tərəfdaşdır` - Baş nazirin müavini
- `Azərbaycanda ünvanlı sosial yardım ləğv ediləcək` - Nazir